Bank Of Baku

«BE&G» sığorta şirkəti adını dəyişib

«BE&G» sığorta şirkəti adını dəyişib
# 22 oktyabr 2010 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «BE&G» ASC («Benefit & Guaranty) sığorta şirkəti brendini dəyişərək «Meqa Sığorta» ASC-yə çevrilib.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, cəmiyyətin adının dəyişdirilməsi ilə əlaqədar Xidmət tərəfindən aparılan «Sığortaçıların və təkrarsığortaçıların Reyestiri»ndə müvafiq dəyişikliklər edilib.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildən «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi dəyişdirilib. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,051 mln. manat, sığorta ödənişləri isə 518,169 min manat təşkil edib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR