Bank Of Baku

Azərbaycan sığorta bazarı son bir ildə 15% azalıb

Azərbaycan sığorta bazarı son bir ildə 15% azalıb
# 22 oktyabr 2010 13:51 (UTC +04:00)
Bu isə ötən ilin analoji 9 aylıq göstəricisi ilə müqayisədə 14,8% azdır.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi isə 15% azalaraq 35,787 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 1,072 mln. manat, qeyri-həyat sığortası üzrə 93,952 mln. manat, icbari sığorta növləri üzrə isə 22,937 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 260,729 min manat, qeyri-həyat sığortası üzrə 29,160 mln. manat, icbari sığorta növləri üzrə isə 6,366 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (26,047 mln. manat), «Tibbi sığorta» (18,376 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (18,268 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (10,716 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 22%, 16%, 15,5% və 9,1% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (12,886 mln. manat və ya 36%), «Avtonəqliyyat vasitələrinin sığortası» (10,669 mln. manat və ya 30%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (4,996 mln. manat və ya 14%) üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR