Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun tarixində ən mühüm dəyişiklik baş verəcək

Beynəlxalq Valyuta Fondunun tarixində ən mühüm dəyişiklik baş verəcək
# 23 oktyabr 2010 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın aparıcı ölkələrin (G-20) maliyyə nazirlərinin görüşündə Beynəlxalq Valyuta Fondunun strukturunda islahatların aparılmasına dair razılıq əldə olunub. «APA-Economics»in məlumatına görə, G-20-nin maliyyə nazirləri Fondun İcra Şurasında iki yerin inkişafda olan ölkələrə verilməsi barədə qərar qəbul ediblər.

Fondun rəhbəri Dominik Stross-Kan bu qərarı artıq Fondun tarixində ən mühüm islahat adlandırıb.
Şuranın üzvlərinin sayı dəyişməz qalaraq 24 təşkil edəcək və inkişafda olan ölkələrə verilən iki yer Avropa dövlətinin hesabına həyata keçiriləcək.
Qeyd edək ki, G-20-nin maliyyə nazirlərinin görüşü Kencu şəhərində (Cənubi Koreya) keçirilir və noyabr ayında Seulda baş tutacaq G-20-nin dövlət və hökumət başçılarının sammitinə hazırlıq xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR