Bank Of Baku

Seulda keçiriləcək G20 sammitinin prioriteti makroiqtisadi məsələlər olacaq

Seulda keçiriləcək G20 sammitinin prioriteti makroiqtisadi məsələlər olacaq
# 23 oktyabr 2010 20:56 (UTC +04:00)
Bakı-APA. G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərləri Seulda keçiriləcək «iyirmiliyin» sammitində prioritet məsələ kimi maliyyə tənzimlənməsi və makroiqtisadi siyasəti təklif edirlər. G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərlərinin görüşünün nəticələrinə əsasən qəbul olunmuş kommünikedə belə deyilir.

«Hazırda maliyyə alətlərinin hazırlanması, maliyyə bazarlarının nizamlanması üzrə işlərin növbəti mərhələsi həyata keçirilir. Bu iş davam etdiriləcək. Müvafiq hesabatlar Seul sammitinin iştirakçılarına təqdim olunacaq», deyə Rusiya baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR