Bank Of Baku

Azərbaycan əhalisinin nominal gəlirləri 11% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri 11% artıb
# 25 oktyabr 2010 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk doqquz ayında Azərbaycanda əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% artaraq 18 mlrd. manata çatıb, əhalinin hər nəfərinə isə bu dövrdə orta hesabla 2 016,2 manat və ya əvvəlki ilin eyni dövründəkindən 10% çox gəlir düşüb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 70%-i son istehlaka, 9,2%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 19,1%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 16,3 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 12% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR