Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi idarə rəisi vəzifəsinə namizəd axtarır

Azərbaycan Vergilər Nazirliyi idarə rəisi vəzifəsinə namizəd axtarır
# 25 oktyabr 2010 08:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentində idarə rəisi vəzifəsini tutmaq üçün namizəd axtarır. «APA-Economics»in məlumatına görə, Bəyannamələrin qəbulu və işlənməsi İdarəsinin rəisi vəzifəsinə işə qəbul olunmaq istəyən vətəndaşlar üçün sənəd qəbulu barədə elan yerli mətbuatda yerləşdirilib.

Elanda bildirilir ki, idarə rəisi vəzifəsini tutmaq üçün hərbi xidmət keçmiş, ali təhsilli, mühasibat, audit və ya vergi sahəsində azı 5 il staja malik olan, minimum 1 xarici dil bilən (türk dili istisna olmaqla), zəruri kompüter biliklərinə malik olan şəxslər müsabiqədə iştirak edə bilərlər. Bu şərtlərə cavab verməyən namizədlərin sənədləri qəbul olunmur.

Sənəd qəbulu elektron ərizə formasında 2010-cu il oktyabrın 25-dən noyabrın 5-dək aparılır. Elektron ərizəni nazirliyin internet səhifəsində (www.taxes.gov.az və www.e-taxes.gov.az) doldurmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR