Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb
# 25 oktyabr 2010 10:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu ilin yanvar-sentyabr ayları üzrə 1,39 bənd təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-avqust ayları ilə müqayisədə indeks 0,01 bənd azalıb:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Beləliklə, 2010-cu ilin yanvar-avqust ayları üzrə indeks əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətini 39% üstələyib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında pərakəndə əmtəə dövriyyəsi 9 633,7 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3 280,5 mln. manat, əhalinin gəlirləri isə 17 979,2 mln. manat təşkil edib. Beləliklə, pul ifadəsində gəlirlər əsas xərcləri 5,07 mlrd. manat üstələyib. Bu məbləğin bir hissəsi icbari və könüllü ödənişlərə yönəldilsə də, əsas hissə əhalinin sərəncamında yığım şəklində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR