Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» son bir ildə mənfəətini 63% artırıb

«YapıKredi Bank Azerbaijan» son bir ildə mənfəətini 63% artırıb
# 25 oktyabr 2010 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin oktyabr ayının 1-nə 171,224 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 24% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 73% artaraq 70,845 mln. manat, o cümlədən əhalinin əmanətləri 18% artaraq 14,169 mln. manat olub. Bankın kredit portfeli 2,3 dəfə artaraq 64,728 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 0,1% artaraq 4,334 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 17,5% artaraq 49,899 mln. manata, o cümlədən nizamnamə kapitalı 16,2% artaraq 31,611 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 41% artaraq 14,573 mln. manat, xərcləri isə 27,5% artaraq 8,234 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 63% artaraq 6,339 mln. manat təşkil edib.

Bu dövr ərzində bankın işçilərinin sayı 21% artaraq 138 nəfər, orta aylıq əmək haqqı isə 26% artaraq 1 819 manat olub.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 17 bankomatı və 80 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR