Bank Of Baku

«United Credit Bank»da problemli kreditlərin xüsusi çəkisi artır

«United Credit Bank»da problemli kreditlərin xüsusi çəkisi artır
# 25 oktyabr 2010 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin məcmu kredit portfelində problemli kreditlərin xüsusi çəkisi artmaqdadır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azad İsgəndərov bildirib.

A.İsgəndərovun sözlərinə görə, əvvəllər problemli kreditlər ümumi kredit portfelinin 2-3%-ni təşkil edirdisə, artıq bu göstərici 5 dəfə artaraq 15%-ə çatıb: «Problemli kreditlərin artması özünü əsasən avtomobil kreditləşməsi sahəsində biruzə verir. Təbii ki, problemli kreditlərin artmasına təsir edən əsas amillərdən biri də dünya maliyyə böhranın təsiri nəticəsində əhalinin gəlirlərinin bir qədər də azalması ilə bağlıdır».

A.İsgəndərov qeyd edib ki, ümumiyyətlə bankda kreditlərin ödəniş səviyyəsi 80% təşkil edir və bunu qənaətbəxş hesab etmək olar.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 40,468 mln. manat, kredit portfeli 31,197 mln. manat, depozit portfeli 13,235 mln. manat, məcmu kapitalı isə 12,478 mln. manat təşkil edib. Bankın ölkə üzrə 5 filialı, 5 bankomatı, 7 POS-terminalı və 121 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR