Bank Of Baku

«Gəncəbank» son bir ildə istehlak kreditləşməsini 57% artırıb

«Gəncəbank» son bir ildə istehlak kreditləşməsini 57% artırıb
# 25 oktyabr 2010 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 40,947 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 12,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 12% artaraq 3,092 mln. manata, o cümlədən əhalinin əmanətləri 10% artaraq 2,750 mln. manata, kredit portfeli 18% artaraq 28,890 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 57% artaraq 3,451 mln. manata çatıb.

Eyni zamanda, bankın məcmu kapitalı 12,5% azalaraq 14,808 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 16% artaraq 3,054 mln. manat, xərcləri isə 2 dəfə artaraq 4,122 mln. manat olub. Nəticədə, bu ilin yanvar-sentyabr aylarında bankın zərəri 1,068 mln. manat olub. Ötən ilin 9 ayını isə bank 661 min manat mənfəətlə yekunlaşdırıb.

Bu müddət ərzində bankın işçilərinin sayı 6,4% azalaraq 73 nəfərə, orta aylıq əmək haqqı isə 9,3% artaraq 691 manata çatıb.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 14 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR