Bank Of Baku

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib
# 26 oktyabr 2010 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti «Kia Optima» avtomobilinin sığortaçısına 12 863 manat məbləğində iri sığorta ödənişi həyata keçirib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən şirkət öz müştərilərinə 2,635 mln. manatdan çox ödəniş həyata keçirib ki, bunun da 1,791 mln. manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.
Qeyd edək ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində «MBASK» şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini yüngülləşdirib. Belə ki, «MBASK» şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı, özəl müştərilərə də VİP xidməti göstərir.
Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında Fransanın «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və Eldar Qəribov (49%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR