Bank Of Baku

Son bir ildə Azərbaycanda ödənilmə vaxtı keçmiş kreditlərin həcmi 54% artıb

Son bir ildə Azərbaycanda ödənilmə vaxtı keçmiş kreditlərin həcmi 54% artıb
# 26 oktyabr 2010 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il sentyabr ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2% və ya 1,2 mlrd. manat artaraq 8,8 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 44%-i dövlət, 53,9%-i özəl banklar, 2,1%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 72,2%-ni uzunmüddətli kreditlər təşkil edib, 4,8%-nin isə ödənilmə vaxtı keçib.

Hesabat dövründə ötən ilin analoji dövrü ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 15,4% artaraq 6 342,7 mln. manat, qısamüddətli kreditlərin həcmi 14,7% artaraq 2 445,9 mln. manat, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 54,1% artaraq 423,7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR