Bank Of Baku

«Bank of Azerbaijan» filial şəbəkəsini genişləndirir

«Bank of Azerbaijan» filial şəbəkəsini genişləndirir
# 26 oktyabr 2010 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin Sumqayıt şəhərində filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə, ev 10/6 ünvanında yerləşir. Filialda müştərilərə bankın baş ofisində mövcud olan bütün bank məhsulları təqdim edilir.

Bankdan bildirib ki, cari ilin sonunadək Yevlax rayonu və Gəncə şəhərində növbəti regional filialların açılması planlaşdırır.

Qeyd edək ki, bankın uzunmüddətli inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi göstərilir. Belə ki, «Bank of Azerbaijan» ASC 2011-ci ilin sonunadək filial şəbəkəsini 20-yə çatdırmaq niyyətindədir. Hazırda bankın 15 filialı (Sumqayıt filialı daxil olmaqla) fəaliyyət göstərir.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR