Bank Of Baku

Bu ilin sonuna Azərbaycanda inflyasiya 5,6%-ə çata bilər

Bu ilin sonuna Azərbaycanda inflyasiya 5,6%-ə çata bilər
# 26 oktyabr 2010 11:28 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Komitə sədrinin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında qiymət artımı 5,2% təşkil edib, o cümlədən ərzaq malları 5,7%, qeyri-ərzaq malları 2%, xidmətlər 5,8% bahalaşıb.

Gələn ilki rəsmi proqnozlara görə, Azərbaycanda illik inflyasiyanın 5% olacağı gözlənilir. Bu, 2011-ci ilin dövlət büdcəsi zərfində əksini tapıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankının proqnozlarına əsasən, bu il Azərbaycanda inflyasiyanın səviyyəsi 5%, 2011-ci ildə isə 4% təşkil edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondu isə 2010-cu ildə Azərbaycanda inflyasiyanın 5,5%, 2011-ci ildə isə 6% olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2009-cu ildə ölkədə illik inflyasiya 1,5% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR