Bank Of Baku

Azərbaycanda dövlət müəssisələrinin nizamnamə kapitalına dəyişiklik ediləcək

Azərbaycanda dövlət müəssisələrinin nizamnamə kapitalına dəyişiklik ediləcək
# 26 oktyabr 2010 15:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, Nazirlər Kabinetinin «Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında» qərarında göstərilib.

Qərara əsasən, 2010-cu ildən başlayaraq, büdcənin əsaslı vəsait qoyuluşu xərclərindən dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə, inkişafına və s. yönəldilməsi nəzərdə tutulan vəsait həmin müəssisələrin nizamnamə kapitalına daxil edilməlidir.

Yeri gəlmişkən, 2007-2009-cu illərdə dövlət müəssisələrinə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılmış əsaslı vəsait qoyuluşları (investisiyalar) qərara əsasən həmin dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hesab olunacaq.

Sənəddə bildirilir ki, bu qərarın qəbul edilməsində məqsəd dövlət müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılmasını, habelə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının təyinatı üzrə səmərəli istifadə edilməsini təmin etməkdir.

Qərarda aidiyyəti dövlət müəssisələrinə və Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb ki, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından əsaslı vəsait qoyuluşları ayrılmış dövlət müəssisələrinin nizamnamələrində müvafiq düzəlişlər edilməsini təmin etsin, zəruri hallarda isə müvafiq təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR