Bank Of Baku

Bakı Fond Birjasında IPO mövzusunda treninq keçirilib

Bakı Fond Birjasında IPO mövzusunda treninq keçirilib
# 27 oktyabr 2010 07:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Bakı Fond Birjasında (BFB) həyata keçirilən «Kapital bazarları üzrə treninq» layihəsi çərçivəsində Zaqreb Fond Birjasının keçmiş sədri Roberto Motusik tərəfindən IPO (Initial Public Offering – İlkin Kütləvi Yerləşdirmə) mövzusunda treninq keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, treninqdə Azərbaycan fond bazarında fəaliyyət göstərən ən fəal broker şirkətlərinin nümayəndələri iştirak ediblər. Treninqdə dinləyicilərə bazara çıxmaq üçün şirkətlərin seçim meyarları, IPO prosesinə cəlb olunan bütün maraqlı tərəflərin fəaliyyət planları və Avropa bazarlarında uğurlu IPO nümunələri barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR