Bank Of Baku

Azərbaycanın Təminatlı Pul Bazarı seqmentinə daha bir bank qoşulub

Azərbaycanın Təminatlı Pul Bazarı seqmentinə daha bir bank qoşulub
# 27 oktyabr 2010 07:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Mütəşəkkil Banklararası Kredit Bazarında Təminatli Pul Bazarı (TPB) seqmentinə yeni üzv seçilib.

Bakı Banklararası Valyuta Birjasından (BBVB) «APA-Economics»ə verilən məlumata görə, TPB seqmentinin iştirakçısı olan bankların qərarı ilə TPB-nin yeni üzvü «Rabitəbank» ASC olub. Bununla da seqmentin iniştirakçılarının ümumi sayı 10-a çatıb.

Xatırladaq ki, 2009-cu il oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı (AMB), BBVB və pul bazarının bir sıra market-meyker bankları («Dəmirbank», «AGBank», «Bank Nikoil», «Standard Bank», «Paşa Bank», «Unibank» və «Bank of Baku») arasında kollektiv saziş imzalanıb. Həmin sazış pul bazarının yeni seqmenti üçün hüquqi əsas təşkil edib.

Qeyd edək ki, TPB banklararsı kredit bazarının bir seqmentidir və burada kredit əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsi AMB tərəfindən təmin olunur. Banklara təqdim edilən ticarət limitləri AMB tərəfindən müəyyən edilir və bütün iştirakçılarla razılaşdırılır. Bu limitlərin dəyişdirilməsi haqqında qərar həmçinin AMB tərəfindən baxılır və qəbul edilir. Sazişin hər bir iştirakçı bankı ayda 1 mln-dan artıq vəsait cəlb edə bilməz. Kreditin maksimal müddəti 30 günlə məhdudlaşır. Faiz dərəcələri banklar tərəfindən sərbəst şəkildə müəyyən edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR