Bank Of Baku

«A-Group» sığorta şirkətinin ödənişləri son bir ildə 25% artıb

«A-Group» sığorta şirkətinin ödənişləri son bir ildə 25% artıb
# 27 oktyabr 2010 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin 2010-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 5,470 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,7% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 24,7% artaraq 4,376 mln. manata çatıb.

Hesabat dövründə ən çox sığorta haqqı ənənəvi olaraq «Könüllü tibbi sığorta» növü üzrə (4,990 mln. manat) toplanılıb ki, bu da məcmu daxilolmaların 91,2%-nə bərabərdir.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2,651 mln. manat təşkil edir. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR