Bank Of Baku

Rüfət Aslanlı: «Azərbaycanın FATF-ın monitorinq rejimindən çıxması xarici investorların cəlb edilməsi üçün yeni imkanlar yaradacaq»

Rüfət Aslanlı: «Azərbaycanın FATF-ın monitorinq rejimindən çıxması xarici investorların cəlb edilməsi üçün yeni imkanlar yaradacaq»
# 27 oktyabr 2010 09:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Azərbaycana münasibətdə tətbiq edilən monitorinq rejiminin dayandırması ölkə üçün xarici investorların cəlb edilməsi sahəsində yeni imkanlar yaradacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, sözügedən monitorinqin ölkədə aparılması xarici maliyyə təşkilatları və investorlarda müəyyən diskomfort yaradırdı: «Lakin hazırda Azərbaycanın bu monitorinqdən çıxması investorlar üçün cəlbedici hesab oluna bilər».

Qeyd edək ki, cari ilin oktyabrın 22-də Parisdə (Fransa) keçirilən FATF-ın növbəti plenar iclasında, Azərbaycan hökumətinin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qısa müddət ərzində əldə etdiyi əhəmiyyətli tərəqqi və hökumətin nümayiş etdirdiyi siyasi iradə nəzərə alınaraq, ölkəyə münasibətdə tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul edilib.

Xatırladaq ki, FATF 1989-cu ildə G-7-nin Paris zirvə toplantısının qərarına əsasən yaradılıb. Təşkilat pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində fəaliyyətin beynəlxalq standartlarını müəyyən edir, həmçinin, onların ölkələr tərəfindən tətbiqini qiymətləndirir və müvafiq tədbirlər tətbiq edir. Hazırda qurumun 36 üzvü mövcuddur. Bundan başqa, FATF şəbəkəsi daxilində eyni mandata malik 8 regional qurum, o cümlədən, Azərbaycanın da daxil olduğu Avrova Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsi (MONEYVAL) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR