Bank Of Baku

İlin sonunadək Azərbaycan fond bazarına iki yeni alət çıxarılacaq

İlin sonunadək Azərbaycan fond bazarına iki yeni alət çıxarılacaq
# 27 oktyabr 2010 10:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hər iki alət üzrə qayda layihələri Ədliyyə Nazirliyinə ilkin təhlil üçün təqdim olunub, daha sonra isə bu sənədlər təsdiq olunacaq: «Bizim bu alətlərin ölkənin fond bazarına çıxarılmasında marağımız var. Qaydalar layihələrinin artıq noyabr ayının ortalarında təsdiq olunacağı gözlənilir. Alətlərin bazara çıxarılması isə bu ilin sonunadək və ya Yeni il baramı tətilindən sonra baş tutacaq».

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR