Bank Of Baku

Dünya Bankının Azərbaycanda «Kapital bazarlarının modernləşdirilməsi Layihəsi»nə ayıracağı vəsaitin həcmi gələn ilin əvvəlində müəyyənləşəcək

Dünya Bankının Azərbaycanda «Kapital bazarlarının modernləşdirilməsi Layihəsi»nə ayıracağı vəsaitin həcmi gələn ilin əvvəlində müəyyənləşəcək
# 27 oktyabr 2010 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) tərəfindən «Kapital bazarlarının modernləşdirilməsi Layihəsi»nin Azərbaycanda icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmi ilə bağlı məsələ gələn ilin əvvəlində həll olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, layihəyə ayrılacaq məbləğin müəyyənləşdirilməsi üçün ilk öncə bu layihənin əhatə dairəsi və əsas istiqamətləri razılaşdırılmalıdır: «Layihənin qiymətləndirilməsi artıq həyata keçirilib və cari ilin dekabr ayında DB-da müzakirə olunacaq. Gələn ilin yanvar-fevral ayları ərzində isə layihə çərçivəsində DB tərəfindən Azərbaycana nə qədər maliyyə vəsaitinin ayırlması ilə bağlı qərar qəbul olunacaq».

Qeyd edək ki, ötən gün Bakıda QKDK və DB arasında Bankın Azərbaycana Yardım Strategiyası çərçivəsində kredit portfelinə daxil edilməsi nəzərdə tutulan «Kapital bazarlarının modernləşdirilməsi Layihəsi»nin hazırlığı statusuna dair müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR