Bank Of Baku

BVF: Bu il Azərbaycanda ÜDM-in nominal həcmi 52,2 mlrd. dollar olacaq

BVF: Bu il Azərbaycanda ÜDM-in nominal həcmi 52,2 mlrd. dollar olacaq
# 27 oktyabr 2010 12:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi «Yaxın Şərq və Orta Asiya: Regional iqtisadiyyatın inkişaf perspektivlıəri» adlı icmalında əksini tapıb.

İcmalda qeyd olunub ki, ötən il Azərbaycanda ÜDM-in nominal həcmi 43,1 mlrd. dollar təşkil etdiyi halda, 2010-cu ildə 52,2 mlrd. dollara, 2011-ci ildə isə 57,9 mlrd. dollara çatağacı gözlənilir.

BVF həmçinin, cari ildə Azərbaycanda ÜDM-in artım tempinin 4,3%, 2011-ci ildə isə 1,8% səviyyəsində olacağını proqnozlaşdırır: «ÜDM-in neft sektorunda artımı 2010-cu ildə 3% olacaq, 2011-ci ildə isə 1,3% azalacaq. Qeyri-neft sektorunda isə ÜDM-in artım tempi 2010-cu ildə 5,6%, 2011-ci ildə isə 5% olacağını gözləyirik».

Qeyd edək ki, Azərbaycan hökuməti bu il ölkədə ÜDM-in nominal həcminin 37,8 mlrd. manat (47,3 mlrd. dollar), 2011-ci ildə isə 40,2 mlrd. manat (50,3 mlrd. dollar) olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR