Bank Of Baku

BVF: Azərbaycanın tədiyə balansının müsbət saldosu kəskin artacaq

BVF: Azərbaycanın tədiyə balansının müsbət saldosu kəskin artacaq
# 27 oktyabr 2010 12:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, 2010-cu ilin yekunlarına görə Azərbaycanın tədiyə balansının müsbət saldosu 12,6 mlrd. ABŞ dollarına çatacaq. «APA-Economics»in məlumatına görə, bu proqnoz BVF-nin dərc etdiyi «Yaxın Şərq və Orta Asiya: Regional iqtisadiyyatın inkişaf perspektivlıəri» adlı icmalında göstərilib.

BVF gələn il üçün həmin göstəricini 12,9 mlrd. dollar səviyyəsində proqnozlaşdırır ki, bu da profisitin artım tempinin kəskin azalmasının gözlənilməsi deməkdir. Belə ki, ötən ilin yekunlarına görə, Azərbaycanın tədiyə balansında yaranmış müsbət saldonun həcmi 2,7 mlrd. dollara bərabər olub. Beləliklə, cari ildə bu göstəricinin 4,7 dəfəlik artım gözlənilir, gələn il isə bu artım cəmi 2,4% təşkil edə bilər.

Məlumat üçün qeyd edək ki, 2010-cu ilin 6 aylıq yekunlarına görə, Azərbaycanın tədiyə balansında müsbət saldonun həcmi 5 mlrd. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR