Bank Of Baku

BVF: Yaxın bir ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 30% artacaq

BVF: Yaxın bir ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 30% artacaq
# 27 oktyabr 2010 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 6,9 mlrd. ABŞ dollarına çatacaq. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi «Yaxın Şərq və Orta Asiya: Regional iqtisadiyyatın inkişaf perspektivlıəri» adlı icmalında əksini tapıb.

İcmalda qeyd olunub ki, gələn il bu göstəricinin artıq 8,1 mlrd. dollara çatacağı gözlənilir.

Qeyd edək ki, 2009-cu ilin sonunda AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 5,2 mlrd. dollar səviyyəsində olub. Bu ilin oktyabr ayının 1-nə isə bu göstərici 6 057,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 953,9 mln. dollar və ya 18,7% çoxdur. Cari ilin əvvəlindən valyuta ehtiyatlarının həcmi 895,9 mln. dollar və ya 17,4%, o cümlədən sentyabr ayında 157,9 mln. dollar və ya 2,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR