Bank Of Baku

«Kapital Bank» kredit kartları üzrə güzəşt kampaniyası keçirir

«Kapital Bank» kredit kartları üzrə güzəşt kampaniyası keçirir
# 27 oktyabr 2010 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «MasterCard Standard», «MasterCard Gold» və «MasterCard Platinum» kredit kartları üçün 50% endirim elan edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq müştərilər «MasterCard» beynəlxalq ödəniş sisteminin «MasterCard Standard» kartını 15 manata, «MasterCard Gold» kartını 40 manata və «MasterCard Platinum» kartını isə 50 manata ala bilərlər.

Qeyd edək ki, güzəştli endirim kampaniyası dekabr ayının 31-dək davam edəcək.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 88 filialı, 375 bankomatı, 417 POS-terminalı və 1 893 319 aktiv plastik kartı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR