Bank Of Baku

«Günay Bank» son bir ildə istehlak kreditləşməsini kəskin artırıb

«Günay Bank» son bir ildə istehlak kreditləşməsini kəskin artırıb
# 27 oktyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin oktyabr ayının 1-nə 35,333 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 11% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 26% azalaraq 7,186 mln. manat, kredit portfeli 14% artaraq 31,838 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 4,2 dəfə artaraq 2,968 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 1,6% azalaraq 13,634 mln. manata, o cümlədən nizamnamə kapitalı 20% artaraq 13,024 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 1,4% artaraq 4,144 mln. manat, xərcləri isə 2,8 dəfə artaraq 3,145 mln. manat olub. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi 66% azalaraq 0,999 mln. manat təşkil edib.

Xatırladaq ki, bu dövr ərzində bankın cəmi müştərilərinin sayı 5,9% artaraq 2 528 olub, həmçinin işçilərin sayı (39 nəfər) və orta aylıq əmək haqqı (300 manat) isə sabit qalıb.

Təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın 1 filialı və 1 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR