Bank Of Baku

«Turanbank» son bir ildə mənfəətini 22% artırıb

«Turanbank» son bir ildə mənfəətini 22% artırıb
# 27 oktyabr 2010 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin ümumi həcmi 2010-cu il oktyabr ayının 1-nə 126,485 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35,6% artaraq 95,481 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,4 dəfə artaraq 14,282 mln. manata, depozit portfeli 54,3% genişlənərək 45,502 mln. manata, o cümlədən əhalinin əmanətləri 67% artaraq 39,741 mln. manata çatıb. Hesabat dövründə bankın məcmu kapitalı 8,4% artaraq 22,012 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,8% artaraq 18,50 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın ümumi gəlirləri 11,308 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur. Həmçinin, xərclər 32% artaraq 8,518 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 22,2% artaraq 2,789 mln. manat olub.

Bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 89% artaraq 13 282-yə, bankın işçilərinin sayı 12,4% artaraq 217-yə, aktiv plastik kartların sayı isə 2 dəfə artaraq 5 140-a çatıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 12 bankomatı və 73 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR