Bank Of Baku

Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 28 oktyabr 2010 07:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin sentyabr ayı üzrə 107% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks avqust ayında 101,4%, iyul ayında isə 100,3%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, cari ilin sentyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 181,5 mln. manat, avqustda 1 104,2 mln. manat, iyulda 1 089,4 mln. manat, iyunda 1 085,9 mln. manat, mayda 1 074 mln. manat, apreldə 986,6 mln. manat, martda 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

RSI indikatorunun artması hesabat ayında pərakəndə əmtəə dövriyyəsinin (dəyər ifadəsində) artım tempinin əvvəlki ayın eyni göstəricisindən üstün olmasını göstərir. Beləliklə, avqustda iyul ayı ilə müqayisədə dövriyyə 1,4% artıb, sentyabrda isə aylıq artım 7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR