Bank Of Baku

«Unibank» kreditləşmə prosesini sürətləndirən yeni sistem tətbiq edib

«Unibank» kreditləşmə prosesini sürətləndirən yeni sistem tətbiq edib
# 28 oktyabr 2010 07:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC ekspress-kreditləşmənin keyfiyyətcə yeni modelinə və bütün filial şəbəkəsi üzrə risklərin operativ sürətdə təhlili sisteminə keçib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın mütəxəssisləri «F-Line Technologies» (FLT) şirkətinin dəstəyi ilə «UCAS» (Unibank Credit Analytical System) analitik sisteminin tətbiq edilməsi üzrə işləri başa çatdırıb.

Yeni sistem kredit riskləri şöbəsinin əməkdaşları tərəfindən kredit sifarişlərinin işlənməsinin sürətləndirilməsi və borcalanların kredit qabiliyyətinin qiymətləndirilməsi alqoritmində daha mürəkkəb hesablamaların nəzərə alınması məqsədilə hazırlanıb və tətbiq edilir. Təhlil üçün zəruri olan bütün məlumatları, maliyyə göstəriciləri, kredit tarixçəsi, kreditin alınması üçün sifarişlər də daxil olmaqla, «UCAS» sistemi avtomatik olaraq, kredit müfəttişləri tərəfindən daxil edilən elektron memorandumdan oxuyur. Bu layihə bankın memorandumlarının elektron sənəd dövriyyəsi və kredit müqavilələrinin vahid analitik informasiya sistemində aparılması praktikasına keçidinin həyata keçirilməsi üçün reallaşdırılıb.

Qeyd edək ki, «UCAS» kredit sifarişlərinə müştərinin fəaliyyət növündən, onların biznesinin miqyasından və ya yerləşdiyi yerdən asılı olmayaraq, unikal yanaşmanı təmin edir. Bu, «Unibank»a kredit portfelinin keyfiyyətinin məqbul səviyyəsinin qorunub saxlanması hesabına, müştərinin tələblərinə və prioritetlərinə cavab vermək, həmçinin etibarlı və maliyyə baxımından dayanıqlı müştərilərin dairəsini genişləndirmək imkanı verir. Artıq yeni sistemdə bank tərəfindən 300-ə yaxın kredit verilib.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı, 63 bankomatı və 210 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR