Bank Of Baku

«Bank Standard» xüsusi kreditlər təklif edir

«Bank Standard» xüsusi kreditlər təklif edir
# 28 oktyabr 2010 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC bir sıra dövlət müəssisələri, nazirlik və idarələrin işçiləri, dövlət ali və orta məktəblərinin müəllim heyəti, habelə dövlət müəssisələrində işləyən neft mütəxəssisləri və həkimlər üçün nəzərdə tutulan xüsusi kreditləşmə proqramının tətbiqinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni proqramın şərtlərinə əsasən, dövlət qurumlarının işçiləri «Bank Standard»dan 5 min manatadək, müddəti isə 6 aydan 2 ilə qədər kredit ala bilərlər.

Bu proqram maliyyə bazarında mövcud digər analoji kredit məhsullarından daha aşağı faiz dərəcələri ilə fərqlənir. Eyni zamanda, onun digər üstün cəhətləri də müştərilərə daha əlverişli şərtlərlə kredit almağa imkan verir.

Kredit almaq istəyən şəxslərdən iş yerindən aylıq gəliri və stajı haqda arayış, üçüncü şəxsin adından zəmanət, habelə borcalanın və zaminin şəxsiyyət vəsiqələri tələb olunur. Bəzi hallarda bir sıra digər lazımi sənədlər də tələb oluna bilər.

Dövlət müəssisələrinin işçiləri üçün xüsusi kredit proqramı yetkinlik yaşına çatmış və iş stajı 6 aydan çox olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı, 67 bankomatı və 428 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR