Bank Of Baku

Azərbaycanda dolların rəsmi məzənnəsi 22 aylıq minimuma enib

Azərbaycanda dolların rəsmi məzənnəsi 22 aylıq minimuma enib
# 28 oktyabr 2010 12:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, həmin məzənnə sonuncu dəfə 2008-ci il dekabr ayının 18-də qeydə alınıb.

Ümumilikdə, 2010-cu il ərzində dollar manata qarşı 0,26% ucuzlaşıb, o cümlədən təkcə oktyabrda milli valyutanın revalvasiyası 0,22% olub. Beləliklə, əvvəlki aylarla müqayisədə bu ay dollar daha kəskin ucuzlaşıb ki, bunun da əsas səbəbi dünya bazarında dolların dünyanın əsas valyutalarına, xüsusən də avroya qarşı ucuzlaşması ilə bağlı olub. Məsələn, dolların avroya qarşı oktyabrda ucuzlaşmasının səviyyəsi 0,5% təşkil edib. Adətən, dolların avroya qarşı məzənnəsinin dinamikası Azərbaycanda manatın avroya qarşı dinamikasında əksini tapırdı, dolların məzənnəsi isə sabit saxlanılırdı. Lakin oktyabrda Azərbaycan Mərkəzi Bankı dolların manata qarşı məzənnəsini tədricən azatlmağa başlayıb və nəticədə, manatın dollara qarşı mönkəmlənməsi müşahidə olunur.

Xatırladaq ki, möhkəmlənən milli valyuta idxalçılar, ucuzlaşan milli valyuta isə ixracatçılar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR