Bank Of Baku

ABŞ şirkətləri topladıqları 1 trln. dollar pulu xərcləyə bilmir

ABŞ şirkətləri topladıqları 1 trln. dollar pulu xərcləyə bilmir
# 28 oktyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. ABŞ şirkətlərinin sərəncamında 1 trln. dollara yaxın nağd pul vəsaiti toplanıb, amma onlar bu vəsaitləri xərcləməyə tələsmir. «APA-Economics»in məlumatına görə, «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyinin mütəxəssisləri belə bir qənaətə gəliblər.

Agentlikdə hesab edirlər ki, ABŞ şirkətləri bu pulları biznesin genişləndirilməsi və ya işçilərin sayının artırılmasına xərcləməkdənsə, hələlik gözləməyə üstünlük verir. Bunun səbəbi isə iqtisadiyyatdakı qeyri-müəyyənliklə bağlıdır. «Moody’s» bildirir ki, iqtisadi vəziyyət sabit olanda şirkətlər səhm almağa, başqa şirkətlərlə birləşməyə və başqa əməliyyatlara daha həvəslə pul xərcləyir. Son məlumatlara görə, ABŞ şrkətləri 943 mlrd. dollar nağd pula malikdir. Analitiklər bildirir ki, şirkətlər iqtisadiyyatın bəzi sahələrində tələbatın aşağı olduğunu nəzərə alaraq, istehsal güclərini artırmağa və işə yeni işçilər götürməyə ehtiyat edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR