Bank Of Baku

«AGBank»ın mənfəəti son bir ildə 64% azalıb

«AGBank»ın mənfəəti son bir ildə 64% azalıb
# 28 oktyabr 2010 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 250,371 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 10,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 21% artaraq 127,582 mln. manata, o cümlədən əhalinin əmanətləri 19% artaraq 112,960 mln. manata, kredit portfeli 10% artaraq 193,684 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,65% artaraq 12,683 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 6% azalaraq 33,553 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirlərinin həcmi 29,481 mln. manat təşkil edib ki, bu da ötən ilin 9 ayı üzrə gəlirdən 3,1% çoxdur. Bununla yanaşı, xərclər 14% artaraq 28,054 mln. manat olub və nəticədə, bankın mənfəəti son bir ildə 64% azalaraq 1,427 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın işçilərinin sayı 8% artaraq 486 nəfərə, orta aylıq əmək haqqı 9,3% artaraq 940 manata, cəmi müştərilərin sayı 11,4% artaraq 90 062-yə, o cümlədən fiziki şəxslərin sayı 11,9% artaraq 85 667-yə, hüquqi şəxslərin sayı isə 2,4% artaraq 4 395-ə çatıb. Eyni zamanda, plastik kartların sayı 10,1% artaraq 31 960, o cümlədən debet kartlarının sayı 21% artaraq 24 241, kredit kartlarının sayı 14% azalaraq 7 719 ədəd olub.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 385 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR