Bank Of Baku

Qazaxıstanın «Avrasiya» sığorta şirkəti Azərbaycanda qəzaya uğramış gəmiyə görə 1 mln. dollar ödəyib

Qazaxıstanın «Avrasiya» sığorta şirkəti Azərbaycanda qəzaya uğramış gəmiyə görə 1 mln. dollar ödəyib
# 28 oktyabr 2010 14:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qazaxıstanın «Avrasiya» sığorta şirkəti Xəzər dənizində qəzaya uğramış səyahət gəmisinin sahibinə fakt üzrə 1 mln. ABŞ dolları məbləğində sığorta ödənişi həyata keçirib. Şirkətin Almatıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sığorta hadisəsi Xəzər dənizinin Azərbaycan akvatoriyasında baş verib.

Əldə olunmuş məlumata əsasən, hadisə zamanı əvvəl gəminin hər iki mühərriki sıradan çıxıb, sonra elektrik enerjisi verlişi kəsilib. Bunların nəticəsində gəminin idarəetməsi sıradan çıxıb. Nəticədə, güclü külək gəmini sahil tərəfə aparıb ki, sahildən 200 metr məsafədə gəmi sualtı dirək və borulara dəyərək qəzaya uğrayıb.

Gəminin qəzası üzrə ümumi zərər 1,5 mln. avro təşkil edib. Gəmi üzrə risklərin «Avrasiya» şirkətində təkrar sığortalanması ilə bağlı Qazaxıstan şirkəti 740 749 avro məbləğində təkrar sığorta ödənişi həyata keçirib.

Qeyd edək ki, 1995-ci ildə yaradılmış «Avrasiya» sığorta şirkətinin nizamnamə kapitalı 31,122 mlrd. tenge (1 ABŞ dolları/148 tenge) təşkil edir ki, bu da Qazaxıstandakı sığorta şirkətlərinin məcmu nizamnamə kapitalının 42,25%-nə bərabərdir. Cari il sentyabr ayının 1-nə şirkətin aktivləri 60,017 mlrd. tenge, kapitalı 38,276 mlrd. tenge təşkil edib. İlin əvvəlindən şirkət tərəfindən həyata keçirilmiş ödənişlərin həcmi 1,450 mlrd. tenge təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR