Bank Of Baku

IFC Azərbaycanda bank işçiləri üçün davamlı biznes fəaliyyətinin qurulmasına dair təlim keçirib

IFC Azərbaycanda bank işçiləri üçün davamlı biznes fəaliyyətinin qurulmasına dair təlim keçirib
# 28 oktyabr 2010 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Bakıda bank işçilərinə kiçik və orta müəssisələr üçün nəzərdə tutulmuş davamlı biznes fəaliyyətinin qurulmasına dair təlimlər təşkil edib.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, 4 gün davam edən təlimlər strategiya və bazarın seqmentasiyası, məhsulun hazırlanması, kredit risklərinin idarə olunması və məlumat idarəetmə sistemi kimi mövzuları əhatə edir.

IFC-nin Qlobal KOM (kiçik və orta müəssisələr) Bankçılığı Proqramı tərəfindən inkişaf edən ölkələrin banklarına kiçik biznes sektoru ilə işləməyə və bu biznes xəttini genişləndirməyə kömək etmək məqsədilə hazırlanmış təlim proqramının bir hissəsi olan bu tədbirin iştirakçıları siyahısına Azərbaycanın 15 təşkilatından 35-dən artıq bank mütəxəssisləri və təlimatçılar daxil olub.

Qeyd edək ki, IFC analoji təlim məşğələlərini Sub-Sahara Afrikası, Cənubi Asiya, Yaxın Şərq və Şimali Amerika, Karib adaları, Şərqi Asiya və Sakit Okean ölkələrində də keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR