Bank Of Baku

«Expressbank» nizamnamə kapitalını artırır

«Expressbank» nizamnamə kapitalını artırır
# 29 oktyabr 2010 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Expressbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 208 manat, sayı 48 077 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 016 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Expressbank»ın səhmlərinin yerləşdirilməsinə artıq gələn aydan başlanacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 24,4% artaraq 51 000 252 manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edəcək.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 202,352 mln. manat, depozit portfeli 154,920 mln. manat, kredit portfeli 2 39,542 mln. manat, məcmu kapitalı 45,556 mln. manat, o cümlədən nizamnamə kapitalı 41 000 236 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR