Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, yanvar-sentyabr aylarında ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 71,2% artaraq 248 699,2 min manata çatıb.
Siyahıda üçüncü yerdə ötən ilki kimi Yaponiya, daha sonra Norveç və Türkiyə qərarlaşıb. Hesabat dövründə Yaponiya investorları tərəfindən Azərbaycana 130 113,5 min manat (+72,1%), Norveç investorları tərəfindən 80 696,4 min manat (+71,3%), Türkiyə investorları tərəfindən isə 70 104,9 min manat (+87,3%) sərmayə yatırılıb.
Siyahının ilk onluğunu 28 981,4 min manat investisiya yönəldmiş Fransa, 21 654,6 min manatla Cənubi Koreya, 5 068,0 min manatla Çexiya, 3 359,3 min manatla Səudiyyə Ərəbistanı və 1 937,2 min manatla Rusiya tamamlayır.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyaların ümumi həcmi 1 399,8 mln. manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 48,7% çoxdur.
Azərbaycanın əsas kapitalına vəsait yatırmış investorların ilk onluğu
|
Ölkə | yanvar-sentyabr, | Ümumi |
1 | Böyük Britaniya | 728 501,6 | 52,0 |
2 | ABŞ | 248 699,2 | 17,8 |
3 | Yaponiya | 130 113,5 | 9,3 |
4 | Norveç | 80 696,4 | 5,8 |
5 | Türkiyə | 70 104,9 | 5,0 |
6 | Fransa | 28 981,4 | 2,1 |
7 | Koreya Respublikası | 21 654,6 | 1,5 |
8 | Çexiya | 5 068,0 | 0,4 |
9 | Səudiyyə Ərəbistanı | 3 359,3 | 0,3 |
10 | Rusiya | 1 937,2 | 0,1 |