Bank Of Baku

«Nikoil Bank»ın aktivləri son bir ildə 15% azalıb

«Nikoil Bank»ın aktivləri son bir ildə 15% azalıb
# 29 oktyabr 2010 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 186,250 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəricidən 15% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 17,5% artaraq 65,145 mln. manat, o cümlədən əhalinin əmanətləri 54,860 mln. manat olub. Bankın kredit portfeli 3,3% artaraq 147,582 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 16% artaraq 79,384 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 5,5% artaraq 30,595 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,500 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 28% azalaraq 22,208 mln. manat, xərcləri isə 30% azalaraq 21,220 mln. manat olub. Nəticədə, bankın mənfəəti 29% artaraq 988 min manat olub.

Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil Bank» 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 13 filialı, 24 bankomatı və 60 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR