Bank Of Baku

Azərbaycan «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklər hazırlayacaq

Azərbaycan «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklər hazırlayacaq
# 29 oktyabr 2010 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı işçi qrupunun yaradılması planlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyası İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, bununla bağlı bu ilin noyabr ayının sonunda xaricdən yeni konsultant - Polşa Kredit İttifaqları Assosiasiyasının mütəxəssisi Pavel Qrjezik ölkəyə dəvət olunacaq.

E.Bağırov bildirib ki, «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərlə yanaşı, ümumiyyətlə yeni qanunun hazırlanacağı istisna olunmur.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 67-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR