Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi azalıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi azalıb
# 29 oktyabr 2010 10:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2010-cu ilin sentyabr ayı üzrə 99,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, avqust ayı üzrə bu göstərici 103,2%, iyulda isə 107,3%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Bu indeksin azalması mal ehtiyatlarının aylıq artım göstəricilərinin müqayisəsini göstərir ki, indeksin dinamikası ilə yanaşı onun 100%-dən aşağı və ya yüksək olması da vacib göstəricidir.

Belə ki, indeksin 100%-dən aşağı olması hesabat ayı ərzində əvvəlki ayla müqayisədə pərakəndə ticarətdə fəallığın artmasını göstərir. Qeyd edək ki, sentyabr ayında pərakəndə ticarət dövriyyəsi aylıq müqayisədə 7% artıb. Bu artım həm pərakəndə ticarətə yeni daxil olan malların satışını, həm də sentyabrın əvvəlinə mal qalıqlarının bir hissəsinin satılması nəticəsində baş verib.

Qeyd edək, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə 120,1 mln. manat, iyunun 1-nə 121 mln. manat, iyulun 1-nə 119,5 mln. manat, avqustun 1-nə 128,2 mln. manat, sentyabrın 1-nə 132,3 mln. manat, oktyabrın 1-nə 131,1 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR