Bank Of Baku

Azərbaycanda Sığortalıların Təminatı Fondu yaradılır

Azərbaycanda Sığortalıların Təminatı Fondu yaradılır
# 29 oktyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda sığortalıların hüquqlarının qorunması və əhalini sığorta şirkətlərinə inamını artırmaq məqsədilə yeni mexanizmlərin tətbiqi planlaşdırılır. Bunlardan biri ölkədə Sığortalıların Təminatı Fondunun təsis edilməsi ilə bağlıdır. Hökumət bu fondun yaradılması ilə bağlı planlarını 2011-ci il dövlət büdcəsi zərfində təqdim olunan makroiqtisadi fəaliyyətin əsas istiqamətlərində açıqlayıb.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov «APA-Economics»ə açıqlamasında bildirib ki, bu fond öz fəaliyyət formasına və məqsədlərinə görə, bank əmanətlərinin sığortalanması fondunun sığorta sahəsi üçün analoqudur. Belə fondların beynəlxalq praktikada geniş yayıldığını deyən N.Xəlilovun sözlərinə görə, fonda əsasən həyat sığortası ilə məşğul olan şirkətlər üzv olur: «Sığortaçılar (sığorta şirkətləri) topladıqları sığorta haqlarının bir hissəsini bu fonda ödəyəcək və gələcəkdə hansısa şirkət ödəmə qabiliyyətini itirsə, müflis olsa və müştərisi qarşısında öhdəliyini yerinə yetirə bilməsə, sığortalıların ödənişlərini məhz həmin fond ödəyəcək».

N.Xəlilov bildirib ki, bu fondun yaradılması sayəsində, əvvəla, sığorta üzrə təminatlar daha etibarlı olacaq, digər tərəfdən sığorta sahəsində inam artacaq. Xidmət rəisinin sözlərinə görə, bu fondun yaradılması ilk növbədə müştərilərin maraqlarını qoruyacaq. Artıq fondun yaradılması üçün müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində işlər başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR