Bank Of Baku

«Kövsər Bank»ın aktivləri son bir ildə 26% artıb

«Kövsər Bank»ın aktivləri son bir ildə 26% artıb
# 29 oktyabr 2010 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 21,843 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan analoji göstəricidən 26% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,1% artaraq 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 30% azalaraq 1,307 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 22% artaraq 12,491 mln. manata, o cümlədən nizamnamə kapitalı 20% artaraq 12,020 mln. manata çatıb.

Qeyd edək ki, bankın yanvar-sentyabr ayları üzrə gəlirləri 10% azalaraq 1,560 mln. manat, xərcləri isə 13,3% azalaraq 1,480 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir il ərzində 3,1 dəfə artaraq 79,7 min manat olub.

Xatırladaq ki, bu müddət ərzində bankın müştərilərinin sayı 2,9 dəfə artaraq 1 340-a, o cümlədən fiziki şəxslərin sayı 4,2 dəfə artaraq 1 046-ya, hüquqi şəxslərin sayı isə 36% artaraq 294-ə çatıb.

«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari il oktyabr ayının 1-nə bankın 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR