Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası üzvlərin siyahısını genişləndirir

Azərbaycan Kredit İttifaqları Assosiasiyası üzvlərin siyahısını genişləndirir
# 30 oktyabr 2010 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) daha iki kredit ittifaqı üzv olacaq. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E. Bağırovun sözlərinə görə, bu ilin noyabr ayının əvvəlində AKİA-nın İdarə Heyətinin növbəti iclasında «Qarabağ 2010» (Ağcabədi) və «Ceyhun» (Beyləqan) kredit ittifaqlarının quruma üzvlüyü təsdiqlənəcək. «Hər iki kredit ittifaqı Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya alıblar. Bu prosedura yekunlaşdıqdan sonra ittifaqlar üzvlüklə bağlı AKİA-ya rəsmi müraciət ediblər. Hazırda qurum tərəfindən hər iki kredit ittifaqının üzvlük məsələsi müzakirə edilir».

Qeyd edək ki, bu ittifaqlar da daxil olmaqla AKİA-ya üzv olan kredit ittifaqlarının sayı 69-a çatacaq. Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 67-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR