Bank Of Baku

«Turan Bank»ın Nəsimi filialı yeni ünvana köçürülüb

«Turan Bank»ın Nəsimi filialı yeni ünvana köçürülüb
# 01 noyabr 2010 06:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» ASC-nin Nəsimi filialının yeni inzibati binasının açılış məoasimi keçirilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər Bakının Mirzəağa Əliyev küçəsi,245A ünvanda yerləşən bu filial yeni ünvana, S.Dadaşov,84/2 ünvanına köçürülüb. «Nəsimi» filialı bankın Bakıda yerləşən 6 filialından biridir.

Qeyd edək ki, «Turan Bank» filial şəbəkəsi üzrə yeni konsepsiya həyata keçirməyə başlayıb. Bu filial da digər filiallar kimi həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini təklif edir. Xatırladaq ki, hazırda bankın respublika üzrə ümumilikdə 11 filialı fəaliyyət göstərir.

Təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR