Bank Of Baku

«NBC Bank»ın depozit portfeli kəskin artıb

«NBC Bank»ın depozit portfeli kəskin artıb
# 01 noyabr 2010 07:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 47,594 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 3,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,4% azalaraq 40,375 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 1,6% azalaraq 35,886 mln. manat olub. Bu müddət ərzində bankın depozit portfeli 2,5 dəfə genişlənərək 8,970 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 7,995 mln. manata çatıb.

Həmçinin, bankın məcmu kapitalı 5,2% azalaraq 17,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,03% artaraq 16,071 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 6,788 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,6% azdır. Bankın xərcləri ötən ilin oktyabrın 1-nə nisbətən 20% artaraq 6,702 mln. manat olub. Nəticədə, son bir ildə bankın mənfəəti 17,5 dəfə azalaraq 86,43 min manat olub.

Xatırladaq ki, ötən bir il ərzində bankın müştərilərinin sayı 48% artaraq 10 710-a, o cümlədən fiziki şəxslərin sayı 48% artaraq 14 424-ə, hüquqi şəxslərin sayı isə 26% artaraq 286-ya çatıb. Bu müddət ərzində işçilərin sayı sabit qalaraq 147 nəfər, orta aylıq əmək haqqı isə 68% artaraq 616 manat təşkil edib.

Bankın cəmi aktiv plastik kartlarının sayı 24,4% azalaraq 1,409, o cümlədən debet xarakterli kartların sayı 39% artaraq 668, kredit kartlarının sayı isə 3,6% azalaraq 741 ədəd olub.

«NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin oktyabr ayının 1-nə bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 46 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR