Bank Of Baku

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinə yeni direktor təyin olunub

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinə yeni direktor təyin olunub
# 01 noyabr 2010 08:43 (UTC +04:00)
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, AİB-in Direktorlar Şurasının qərarı ilə İndoneziya vətəndaşı olan Olli Norocono (Olly Norojono) Bankın Azərbaycandakı nümayəndəliyinə direktor təyin edilib. O.Norocono əvvəllər AİB-in Mərkəzi və Qərbi Asiya Departamentində nəqliyyat üzrə baş iqtisadçı vəzifəsində çalışıb.

İki il vakant qalan bu vəzifəni müvəqqəti olaraq Fərəc Hüseynbəyov icra edib ki, bundan sonra F.Hüseynbəyov AİB-in Azərbaycandakı nümayəndəliyində əvvəllər olduğu kimi layihələrin icrası üzrə mütəxəssis vəzifəsində çalışacaq.

Noyabrın 18-də O.Norocononun Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, 2004-2006-cı illər ərzində AİB-in Azərbaycan nümayəndəliyinin direktor vəzifəsində Metyu Vestfal (Matthew Westfall) çalışıb, 2006-2007-ci illər ərzində isə Filip Çanq (Philip Chang) nümayəndəliyin icraçı direktoru vəzifəsində çalışıb. M.Vestfall daha sonra AİB-in Manilada (Filippin) yerləşən baş ofisində Şəhərlərin İnkişafı Departamentinin direktoru vəzifəsinə, F.Çanq isə AİB-in Əməliyyatların planlaşması və koordinasiyası şöbəsinə planlaşma və strategiya üzrə baş iqtisadçı vəzifəsinə təyin olunub.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 2010-cu ilin əvvəlinə Azərbaycanda həyata keçirilən 14 layihə üzrə bankın kredit portfeli 660,4 mln. ABŞ dolları təşkil edir. Bundan başqa, əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə $13,122 mln. məbləğində qrant ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR