Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,5% enərək 0,7994 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,03% enib və 0,8007 manata bərabər olub:
Göründüyü kimi, ötən həftə ərzində dolların məzənnəsinin kəskin azalması ilə paralel olaraq dövriyyənin kəskin artması müşahidə olunub ki, bu da bazarda ünvanlı əqdlərin olduğunu təsdiqləyir.
Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 0,6% enib. Ümumilikdə, həftənin son gününə avronun məzənnəsi 1,130 manat təşkil edib: