Bank Of Baku

«Dəmirbank»ın kredit portfeli son bir ildə 23% artıb

«Dəmirbank»ın kredit portfeli son bir ildə 23% artıb
# 01 noyabr 2010 10:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 299,593 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 19% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 13,4% genişlənərək 97,788 mln. manat, o cümlədən əhalinin əmanətləri 27,6% artaraq 88,532 mln. manat, həmçinin kredit portfeli 22,7% artaraq 221,218 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 16% azalaraq 55,534 mln. manat olub.

Hesabat dövründə bankın məcmu kapitalı 7,6% artaraq 48,792 mln. manat, o cümlədən nizamnamə kapitalı 16% artaraq 19 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 2,1% artaraq 30,011 mln. manat, xərcləri isə 13% artaraq 28,224 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 60% azalaraq 1,787 mln. manat təşkil edib.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankın 29 filialı, 44 bankomatı və 256 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR