Bank Of Baku

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib
# 01 noyabr 2010 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC Almaniyanın «Connective Capital» şirkəti ilə 1,8 mln. ABŞ dolları həcmində kredit müqaviləsi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit müqaviləsi iki il müddətinə «FinAcc Fund S.V.A.» maliyyə fondunun dəstəyi ilə imzalanıb və Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə kiçik həcmli kreditlərin verilməsini nəzərdə tutur.

Qeyd edək ki, indiyədək beynəlxalq maliyyə təşkilatları tərəfindən «Dəmirbank» üçün kiçik və orta sahibkarlığın kreditləşməsi proqramları üzrə ümumilikdə 136 mln. ABŞ dolları həcmində vəsait ayrılıb.

Xatırladaq ki, «Dəmirbank» ASC (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankın 29 filialı, 44 bankomatı və 256 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR