Bank Of Baku

Azərbaycan hökuməti istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinə görə icbari sığortaya aid yeni qaydalar təsdiqləyib

Azərbaycan hökuməti istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinə görə icbari sığortaya aid yeni qaydalar təsdiqləyib
# 01 noyabr 2010 13:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların kateqoriyalarını, icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması, icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi üçün orta aylıq əmək haqqı miqdarının hesablanması, icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması və icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydalarını təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, qərara əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar – fəhlə, qulluqçu, rəhbərlər, mütəxəssislər, texniki icraçılar kateqoriyalarına bölünürlər.

İcbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması qaydasına görə, şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının 12 mislinə bərabərdir.

İcbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması qaydasına əsasən, orta aylıq əmək haqqı sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəlki tam 12 ay ərzində əmək müqaviləsi üzrə ona ödənilən muzdun məbləğinin cəminin 12-yə bölünməsi yolu ilə hesablanır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydasına əsasən, sığorta olunana birdəfəlik və ya aylıq sığorta ödənişinin verilməsi ilə yanaşı, əlavə sığorta ödənişi məbləği də verilməlidir.

Bu sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Tibbi Sosial Ekspert Komissiyasının qərarı əsasında təyin edilir.

Burda sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxsin əlavə yemək, dərman preparatları, protez və ya xüsusi vasitələr, o cümlədən əlil arabası ilə, sanatoriya-kurort müalicəsi ilə təmin olunması nəzərdə tutulub. Zərər çəkən şəxsin başqasının qulluğuna ehtiyacı olarsa, ona bunun üçün ayrıca məbləğ də ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR